“Barselona” müdafiəsinin əvəzsiz adı olan Rodri 88 yaşında dünyasını dəyişib.
Bu barədə Ednews haberglobal-a istinadən xəbər verir.
Tam adı Fransisko Rodriqez olan futbolçu 1958-1966-cı illər arasında klubda mərkəz müdafiəçisi kimi çıxış edib. "Barselona"nın forması ilə iki dəfə La Liqanın qalibi olub.
“Barselona”nın heyətində 127 rəsmi oyun keçirib. Futbolçu Ferran Olivella və Siqfrid Qarsiya ilə uğurlu müdafiə xətti formalaşdırıb. O, 32 yaşında zədə səbəbindən futbolu tərk etməli olub.
Xanlar Əlibəy