İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı gənc futbolçusu bəlli olub.
Ednewa yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden layiq görülüb.
Qeyd edək ki, 22 yaşlı hücumçu cari mövsüm Premyer Liqada 27 oyuna çıxıb və 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.