İspaniyanın "Barselona" klubunun sabiq vitse-prezidenti Emili Rousaud Pares mayın 24-də İspaniyanın “Antiguoko Futbol Akademiyası”nın filialının açılışında iştirak üçün Azərbaycana səfər edəcək.
Ednews xəbər verir ki, İspaniya millisinin sabiq üzvləri Xabi Alonso ilə Arits Aduris və hazırda İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta bu akademiyanın yetirmələridir.
Azərbaycanın əməkdar məşqçisi, UEFA-nın A lisenziyalı məşqçisı Zamin Əsədullayev Bakıdakı akademiyada məşqlərə rəhbərlik edir.