"Bavariya" Noussair Mazraouini heyətinə qatıb.
Bu barədə Ednews haberglobal-a istinadən xəbər verir.
Bundesliqa çempionu "Bavariya" "Ayaks"ın sağ cinah müdafiəçisi Noussair Mazraouini heyətinə qatdığını açıqlayıb. 24 yaşlı Mazraoui 4 il formasını geyindiyi "Ayaks" ilə 3 Hollandiya Liqası çempionluğu və 2 Hollandiya Kuboku qazanıb. Mərakeşli futbolçu 2019-cu ildə Çempionlar Liqasının yarımfinalına yüksələn komandanın tərkibində də olub. Noussair Mazraoui əsasən müdafiənin sağ cinahında oynasa da, sol cinah müdafiəçisi və yarımmüdafiəçi kimi də oynaya bilir.
Qeyd edək ki, Mazraoui bu mövsüm "Ayaks"ın heyətində 34 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Xanlar Əlibəy