Mayın 24-də UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) fövqəladə iclası keçirilib.
Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyindən Ednews-a verilən xəbərə görə, iclasın keçirilməsində əsas məqsəd Komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub.
Qəbul olunmuş qərara əsasən, Komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venesuela, Şri-Lanka, Madaqaskar və Qətər Komitənin büro üzvləri seçiliblər.
Daha sonra isə Komitənin sədri vəzifəsinə seçkilər keçirilib.
Yekdilliklə qəbul olunmuş qərara əsasən, gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib. Üzv ölkələr Azərbaycanın MİNEPS VII ev sahibliyi etmək qərarını yüksək qiymətləndiriblər.