Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Ednews xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız ilk qarşılaşmasında yerli Canik Sahakyanla üz-üzə gəlib.
Gərgin keçən döyüşdən Nəbiyev qalib ayrılıb. O, İrəvanda erməni rəqibini 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək, mərhələ adlayıb.