İngiltərənin "Mançester Yunayted" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Ednews "qırmızı-şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, Xuan Matanın iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb.
Qeyd edək ki, klub daha əvvəl Pol Poqba ilə vidalaşıb.