Braziliyalı yarımmüdafiəçi "Qəbələ" ilə oyunları buraxacaq - ednews.net

14 Avqust,

(+994 50) 229-39-11

Braziliyalı yarımmüdafiəçi "Qəbələ" ilə oyunları buraxacaq

İdman A- A A+

Macarıstan "Fehervar"ı "Qəbələ" ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları öncəsi ciddi itki ilə üzləşib.

Ednews klubun rəsmi saytına istinadən xəbər verir ki, Mixael Borisin baş məşqçi olduğu komanda aparıcı yarımmüdafiəçisi Alef dos Santos Saldanyanı itirib.

Məşq zamanı ciddi zədə alan 27 yaşlı oyunçu əməliyyat olunub. Braziliyalı futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...