Gənclər və idman naziri Fərid Qayıbov Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Ramil Vəlizadəni təbrik edib. Ednews xəbər verir ki, nazir bu barədə facebook hesabında paylaşım edib.
“Üzgüçülük üzrə Avropa çempionatında ilk dəfə medal qazandıq. Bu tarixi uğura gənc idmançımız Ramil Vəlizadə nail oldu”.
Qeyd edək ki, idmançımız 200 metr məsafəyə batterflay üsulla üzgüçülük yarışının finalında üçüncü olub.
Ləman Abbaslı