Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
Ednews xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda gürcüstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Laşa Şavdatuaşvili ilə qarşılaşıb.
Qeyd edək ki, o, rəqibini qızıl xal bölümündə məğlub edib.