Qaçışda yeni dünya rekordu qeydə alınıb - ednews.net

15 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Qaçışda yeni dünya rekordu qeydə alınıb

İdman A- A A+
Amerikalı Sidni Maklaflin yüngül atletika üzrə Dünya Çempionatında 400 metr məsafəyə maneələrlə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.
 
Ednews TASS-a istinadən xəbər verir ki, 22 yaşlı idmançı bu məsafəni 50,68 saniyəyə qət edərək dünya çempionu olub.
 
Maraqlıdır ki, bundan əvvəlki dünya rekordu da Maklaflinə məxsus idi, o, iyunda ABŞ çempionatında məsafəni 51,41 saniyəyə qət etmişdi.
 
Qeyd edək ki, Maklaflin həmçinin ikiqat Olimpiya çempionudur. O, Tokio Olimpiadasında həm 400 metr məsafəyə maneələrlə qaçışda, həm də 4x400 m estafetdə qızıl medal qazanıb. İdmançı 2019-cu ildəki Dünya Çempionatında 400 metr məsafəyə maneələrlə qaçışda gümüş medal, 4x400 metr məsafəyə estafetdə isə qızıl medal əldə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...