Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti seçildi - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezidenti seçildi

İdman A- A A+

Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilir.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) Ednews-a verilən məlumata görə, konqresin son günündə rəhbər vəzifələrə seçkilər başlayıb.

Namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Qurumun hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə qalib gəlib və növbəti 4 il müddətinə FIDE-nin rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.

Hindistanlı dünya çempionu Vişvanatan Anand, AŞF-in prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Yoran Aulin-Yansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...