Azərbaycanı Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında təmsil edəcək nümayəndə heyətinin növbəti hissəsi səfərə çıxıb.
Ednews xəbər verir ki, səfərə müxtəlif növlər üzrə idmançılar, məşqçilər, federasiya rəsmisi, eləcə də jurnalistllər və nazir Fərid Qayıbov başda olmaqla, Gənclər və İdman Nazirliyinin əməkdaşları çıxıblar.
Oyunların açılış mərasimi avqustun 9-da olacaq. Yarışlara isə avqustun 5-dən start verilib. Hələlik Azərbaycanın aktivində medal yoxdur.
Qeyd edək ki, İslamiada avqustun 18-dək davam edəcək.