Mbappe Neymarın PSJ-dən ayrılmasını istəyir - ednews.net

8 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

Mbappe Neymarın PSJ-dən ayrılmasını istəyir

İdman A- A A+
Hücumçu Kilian Mbappe Neymarın satılması üçün “Paris Saint-Germain” rəhbərliyinə müraciət edib. 
 
Ednews “Get French Football News”a istinadən xəbər verir ki, bu barədə jurnalist Romain Molina məlumat yayıb.
 
Fransız ötən mövsümün sonunda komanda yoldaşının klubu tərk etməsində israr etmişdi.
 
Mənbənin sözlərinə görə, futbolçular arasında yeni mövsümdə penaltini hansının yerinə yetirəcəyi ilə bağlı gərginlik yaranıb. Xüsusən də fransalı ikinci turda “Monpelye” ilə matçda penaltini vura bilməyib. 
 
Qeyd edək ki, Neymar bu görüşdə iki dəfə fərqlənib. Ümumilikdə braziliyalı Fransa çempionatının yeni mövsümündə artıq üç qol vurub. O, komandanın bombardiridir. Mbappe özü də son 5 ildə Neymardan çox şey öyrənib, amma indi o, Lionel Messidən öyrənməyi üstün tutur.
 
Fransa çempionatının iki turundan sonra " Paris Saint-Germain" turnir cədvəlinə başçılıq edir. Lill, Marsel, Tuluza, Lens və Monako parislilərdən iki xal geri qalır.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...