Azərbaycan Premyer Liqasında 2022-ci ilin rekordu qeydə alınıb - ednews.net

8 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

Azərbaycan Premyer Liqasında 2022-ci ilin rekordu qeydə alınıb

İdman A- A A+
Azərbaycan Premyer Liqasının II turunda qapılara 18 qol vurulub.
 
Ednews Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 2022-ci ilin rekordudur.
 
“Neftçi” – “Kəpəz” (5:2) oyununda 7, “Zirə” – “Sabah” (1:3) və “Qəbələ” – “Şamaxı” (3:1) matçlarında 4, “Sumqayıt” – “Qarabağ” (0:2) görüşündə 2, “Səbail” – “Turan Tovuz” (0:1) qarşılaşmasında 1 qol qeydə alınıb.
 
Turun orta məhsuldarlığı 3,60-a bərabərdir.
 
Daha yüksək məhsuldarlığa sonuncu dəfə ötən mövsümün X turunda təsadüf olunub. Keçən il 6-7 noyabrdakı dörd görüşdə 17 top qeydə alınıb. Orta məhsuldarlıq 4,25-ə bərabər olub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...