İslamiadada medallarımızın sayı 68-ə çatdı - 4-cü yerdəyik - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

İslamiadada medallarımızın sayı 68-ə çatdı - 4-cü yerdəyik

İdman A- A A+
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 11-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 68-ə yüksəlib.
 
Ednews xəbər verir ki, medallardan 20-si qızıl, 27-si gümüş, 21-i bürünc əyarlıdır.
 
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.
 
İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 234 (90 qızıl, 81 gümüş, 63 bürünc), Özbəkistan 112 (40 qızıl, 28 gümüş, 44 bürünc) və İran 110 (37 qızıl, 31 gümüş, 42 bürünc) medalla qərarlaşıb.
 
Report.az-ın məlumatına görə, indiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.
 
Qeyd edək ki, Azərbaycan yığması medallarını 15 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (1 qızıl 2 gümüş, 2 bürünc) taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), atıcılıq (1 gümüş) həndbol (1 gümüş), üzgüçülük (1 gümüş), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc) və voleybolda (1 bürünc) əldə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...