İki boksçumuz Avropa çempionatında mərhələyə iştirak qazandı - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

İki boksçumuz Avropa çempionatında mərhələyə iştirak qazandı

İdman A- A A+
Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.
 
Ednews Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan yığmasının daha 2 idmançısı mərhələ adlayıb.
 
Sübhan Babayev (44 kq) 1/8 final mərhələsi çərçivəsində Emanuel Çyoaba (Rumıniya) ilə qarşılaşıb.
 
Görüş təmsilçimizin 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. Sübhan 1/4 finalda gürcüstanlı Sotne Muntçava ilə üz-üzə gələcək.
 
Kənan Aslanlı (60 kq) da 1/4 finala yüksəlib. O, macarıstanlı Roland Banqonun ardınca Stiliyan Qeorqiyevi (Bolqarıstan) də tam üstünlüklə məğlub edib.
 
Boksçumuz 1-ci raundda qələbəsini rəsmiləşdirib. Aslanlı yarımfinala gedən yolda yunanıstanlı Petros Topalosla gücünü yoxlayacaq.
 
1/4 final mərhələsinin döyüşləri sabah keçiriləcək.
 
Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...