AFFA prezidenti İslamiadada medal qazanan milli komandanı təbrik edib - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

AFFA prezidenti İslamiadada medal qazanan milli komandanı təbrik edib

İdman A- A A+

AFFA prezidenti Rövnəq Abdullayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvlərini təbrik edib.

Ednews milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki. R.Abdullayev telefonla zəng edərək, öz təbriklərini kollektivə çatdırıb.

Qeyd edək ki, yığma 3-cü yer uğrunda oyunda Əlcəzairlə görüşüb. Matçın əsas vaxtı qolsuz başa çatdığından, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq (4:3) oynayan Azərbaycan millisi bürünc medala sahib çıxıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...