Kanadada yaşayan 11 yaşlı soydaşımız Hüseyn Əsgərzadə muay-tay üzrə gənclər arasında keçirilən dünya çempionatının qalibi olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Ednews-a bildiriblər ki, Kalqari şəhərində baş tutan yarışda yeniyetmə idmançı rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Hüseyn Əsgərzadə ailəsi ilə birlikdə 2021-ci ildə Kanadaya köçüb.
Bakıda 2 il idmanın kikboksinq növü ilə məşğul olub və respublika yarışlarının qalibi olub.
Kanadaya köçəndən sonra atası onu muay-tay idman növünə yönəldib.
Son bir il ərzində Hüseyn əla nəticələrə nail olub.
O, gənclər arasında bu idman növü üzrə ikiqat Kanada çempionudur.