Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" Plzen komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.
Ednews-un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
***
20:51
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları başlayıb.
Ednews xəbər verir ki, "Qarabağ" Çexiyanın "Viktoriya" Plzen komandasını qəbul edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:45-də start götürüb. Matçı Sloveniyadan olan FIFA referisi Slavko Vinçiç idarə edir.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq.