Avropa birinciliyi - Daha bir boksçumuz finala vəsiqə qazandı - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Avropa birinciliyi - Daha bir boksçumuz finala vəsiqə qazandı

İdman A- A A+
Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində finalçıların adları bəlli olub.
 
Ednews xəbər verir ki, 28 ölkədən 378 idmançının qatıldığı yarışda Azərbaycan millisinin daha bir idmançısı yarımfinal döyüşünü qələbə ilə başa vurub.
 
Emanuel Kioaba (Rumıniya) və Tsotne Muntçavanı (Gürcüstan) məğlub edən Sübhan Babayev 1/2 finalda Georgi Ralfa (İngiltərə) da qalib gəlib. 44 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 3:2 (27:29, 29:27, 29:27, 27:29, 30:26) hesabı ilə qələbə qazanıb.
 
O, finalda italiyalı Antoni El Moetti ilə üz-üzə gələcək.
 
Bağır Əlimxanlı (46 kq) və Banuçiçək Nəsirli (44 kq) isə Avropa birinciliyini bürünc medalla bitiriblər.
 
Yarımfinalda müvafiq olaraq Mixael Xames (İngiltərə) və Crinnion Lauren Doerti (İrlandiya) qalib gələrək finala yüksəldiklərindən boksçularımız 3-cü yerlə kifayətləniblər.
 
Beləliklə, avqustun 20-də baş tutacaq final görüşlərində Azərbaycanın 2 boksçusu çempionluq döyüşünə çıxacaq. Sübhan Babayevlə yanaşı, Əli Məmişov (70 kq) da qızıl medal uğrunda qüvvəsini sınayacaq. Onun rəqibi Giorgi Biqvava (Gürcüstan) olacaq.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...