"Qarabağ"ın Çexiyaya səfər proqramı məlum oldu - ednews.net

1 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

"Qarabağ"ın Çexiyaya səfər proqramı məlum oldu

İdman A- A A+
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Viktoriya” ilə qarşılaşacaq “Qarabağ” FK sabah - avqustun 22-i Çex Respublikasına yollanacaq. 
 
Ednews xəbər verir ki, komandamızı Praqa şəhərinə aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. 
 
Avqustun 22-də saat 19:30-da (Bakı vaxtı ilə 21:30) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq. 
 
Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-ü Bakı vaxtı ilə 23:00-da baş tutacaq. İlk matç 0:0 hesabı ilə yekunlaşıb. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...