“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə cavab oyunu üçün Çexiyaya yollanıb.
Ednews xəbər verir ki, komandanı Praqa şəhərinə aparan təyyarə artıq Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.
Qeyd edək ki, avqustun 23-ü keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Bakıdakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.