"Qarabağ" ilk qolunu vurub.
Ednews xəbər verir ki, Ozoviç hesabı açıb. "Qarabağ" 1-0 öndədir.
***
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Ednews xəbər verir ki, "Qarabağ" Çexiyada “Viktoriya”nın qonağıdır.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Qeyd edək ki, Bakıda keçirilən ilk matç qolsuz heç-heçə ilə sona çatıb. Ağdam klubu bu gün uğur qazansa, tarixində 2-ci dəfə ÇL-də qrupa düşəcək (ilk dəfə 2017/18 mövsümündə). Məğlub olacaq halda isə Avropa Liqasının qrup mərhələsində oynayacaq.