“Qarabağ”ın hücumçusu Vadji Fransa klubuna transfer olundu - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

“Qarabağ”ın hücumçusu Vadji Fransa klubuna transfer olundu

İdman A- A A+
“Qarabağ”ın futbolçusu İbrahima Vadji Fransanın “Sent Etyen” komandasına transfer olunub.
 
Ednews “L Equipe” nəşrinə istinadən xəbər verir ki, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq.
 
27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.
 
Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan “Sent Etyen” mövsümə -3 cərimə xalı ilə başlayıb. Lent.az-ın məlumatına görə, klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu - 20-ci pillədə qərarlaşıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...