"Qarabağ" Vadjini rekord qiymətə satdı - TRANSFER QİYMƏTİ - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

"Qarabağ" Vadjini rekord qiymətə satdı - TRANSFER QİYMƏTİ

İdman A- A A+
İbrahima Vadjinin Fransanın köklü klubu "Sent-Etyen"ə transferinin detalları müəyyənləşib. 
 
Ednews xəbər verir ki, seneqallı forvard Azərbaycan futbol tarixinə ən bahalı transfer kimi düşüb. 
 
"Qarabağ" futbolçusunun transferindən 1,6 milyon avro qazanıb. Bu isə təxminən 2 milyon 728 min manat deməkdir.
 
"Qarabağ" Vadjini ötən yay Norveçin "Höuqesunn" klubundan 500 min avroya almışdı. Klub futbolçunu üçqat baha qiymətə satıb. 
 
Qeyd edək ki, ötən yay transfer olunmuş seneqallı futbolçu “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...