"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq hücumçu Kriştiano Ronaldonun klubdakı gələcəyi haqda danışıb.
Ednews xəbər verir ki, o, portuqaliyalı ulduzun klubda qalacağını deyib:
“Ronaldonun gələcəyi bəllidir. Bizə keyfiyyətli futbolçular lazımdır. Və belə oyunçular çox olmalıdır ki, komanda hər matçda ardıcıl çıxış edə bilsin. Van-Bissaka da qalacaq. Bu kompozisiya ən azı yanvar ayına qədər işləyəcək".
Qeyd edək ki, bundan əvvəl "Mançester Yunayted"in futbolçularının Ronaldonun klubdan ayrılmasının tərəfdarı olması barədə xəbərlər yayılmışdı.