Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatı davam edir.
Ednews xəbər verir ki, Azərbaycan idmançısı Turan Bayramov (60 kq) yarışda finala yüksəlib.
O, yarımfinalda ukraynalı Nazar Viskovla üz-üzə gəlib. Rəqibini "ippon"la yenən Bayramov finala vəsiqə qazanıb.
İdmançımız final döyüşündə polşalı Ksaveri İqnasyakla qarşılaşıb. O,fənd tətbiq edərək, rəqibin kürəyini yerə vurub. Hakimlər əvvəlcə Azərbaycan cüdoçusunu qalib elan etsələr də, sonradan qərarı dəyişiblər.
Yeni qaydalara görə, baş xalçaya doğru gedirsə, fəndi atana cəza verirlər.
Rəqibinə ipponla uduzan T.Bayramov gümüş medal qazanıb.