"Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir" - "Nant"ın müdafiəçisi - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir" - "Nant"ın müdafiəçisi

İdman A- A A+
"Bu rəqibə öz meydanında qalib gəlmək çox çətindir. Bununla belə, matçın əvvəllərində yaxşı oynadıq və qol şanslarımız oldu".
 
Ednews-un məlumatına görə, bunu Fransa "Nant"ının futbolçusu Jan-Şarl Kastelletto Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra klubun rəsmi televiziyasına müsahibəsində deyib.
 
Kamerunlu müdafiəçi ikinci yarıya yaxşı başlamadıqlarını bildirib: "Ardıcıl qollar bizi çətin vəziyyətə saldı. Bu cür müdafiə olunmamalıyıq. "Qarabağ" çox yaxşı komandadır. Rəqibə afərin düşür. Biz isə öz oyunumuzu inkişaf etdirməliyik".
 
Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...