"Real"ın hücumçusu Kərim Benzemanın La Liqanın 7-ci turunda "Atletiko" ilə oyunda iştirakı edib-etməyəcəyi dəqiqləşməyib.
Ednews "AS"a istinadən xəbər verir ki, Madrid klubunun kapitanı prinsipial rəqiblə matçı buraxmaq istəmir, lakin onun bu oyunda iştirakı matç gününə qədər sual altında qalacaq. Fransalı futbolçunun oynayıb-oynamayacağına görüş günü qərar veriləcək.
Benzema Çempionlar Liqasının qrup mərhələsində sentyabrın 6-da keçirilən "Seltik"lə oyunda (3:0) zədələnib. O vaxtdan indiyə kimi futbolçu meydanda oynamayıb.
Qeyd edək ki, “Real” La Liqanın 6-cı turunda sentyabrın 18-də “Atletiko” ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.