Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək - ednews.net

26 Noyabr, Şənbə

(+994 50) 229-39-11

Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

İdman A- A A+
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
 
Ednews xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək. "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.
 
Hazırda 13 xalı olan qonaqlar B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.
 
UEFA Millətlər Liqası
 
Qrup mərhələsi, VI tur
 
20:00. Azərbaycan - Qazaxıstan
 
Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)
 
Bakı, "Dalğa Arena" stadionu
 
Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2
 
Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...