"Real Madrid" futbol klubu indiyədək Ukraynaya 1 milyon avrodan çox ianə edib.
Ednews klubun rəsmi saytına istinadən xəbər verir ki, bu məbləğ ölkədəki müharibənin ağır nəticələrinin aradan qaldırılmasına sərf olunacaq.
Belə ki, ianə edilən məbləğ ərzaq, dərman, adyal, çarpayı və digər əsas humanitar ehtiyacların alınması üçün nəzərdə tutulub.