Qurban Qurbanov şəhid övladının ən böyük arzusunu reallaşdırdı - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Qurban Qurbanov şəhid övladının ən böyük arzusunu reallaşdırdı

İdman A- A A+
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Vətən Müharibəsi şəhidi Vidadi Xəlilovun oğlu Əli Xəlilovu sevindirib. Ağdam təmsilçisinin baş məşqçisi futbolçularla birlikdə Əli ilə görüşüb. 
 
Ednews  xəbər verir ki, bu barədə Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. 
 
"Vətən müharibəsinin Qəhrəman şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun oğlu Əli futbol həvəskarıdır və yaşadığı Göyçay rayonunda futbol məktəbində məşq edir. Ən böyük arzusu “Qarabağ” komandasının üzvləri ilə görüşmək, Qurban Qurbanovla tanış olmaq idi. Bu istəkdən xəbər tutan baş məşqçi onu komandaya dəvət edib, üzvlərlə tanış edib, komandanın hədiyyələrini təqdim ediblər", - deyə məlumatda qeyd edilir. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...