Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

İdman A- A A+
Milli komandaların FİFA reytinqi açıqlanıb.
 
Ednews xəbər verir ki, Azərbaycan millisi dünyanın 123-cü komandasıdır. 
 
Komandamızın aktivində 1146,72 xal var. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 19,55 xallıq qazancla 5 pillə irəliləyib.
 
Buna millimizin qələbələri səbəb olub. Yığmamız Millətlər Liqasında Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib. Komandamız 5 ölkəni - Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçib.
 
Qardaş Türkiyə yığması 1460,14 xalla 45-cidir. “Ay-ulduzlular” ötən cədvəllə müqayisədə üç pillə geriləyib.
 
Qeyd edək ki, cədvələ 1841,30 xalla Braziliya başçılıq edəcək.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...