AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələdi - ednews.net

5 Dekabr, Bazar ertəsi

(+994 50) 229-39-11

AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələdi

İdman A- A A+
AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Ednews xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul edilib:
 
- Premyer Liqanın VIII turunun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
- VIII turun “Qarabağ” – “Neftçi” oyununun 54-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.
 
- Sözügedən görüşün 54-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.
 
- VIII turun “Sumqayıt” – “Kəpəz” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən oyunun başlanmasına bir dəqiqə qalmış meydançaya kənar əşyalar atıldığına görə meydan sahibləri 1600 manat cərimə olunur.
 
- “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...