Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda daha bir oyun keçirilib.
Ednews xəbər verir ki, "Neftçi" "Turan Tovuz"u qəbul edib. "Bakcell Arena"da baş tutan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 19-a çatdıran "ağ-qaralar" 3-cü, 11 xalı olan Tovuz təmsilçisi isə 6-cı pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, tura oktyabrın 9-da keçiriləcək "Sabah" - "Kəpəz" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.