Konfrans Liqasında 4-cü turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Ednews xəbər verir ki, bu, "Başakşehir"dən Stefano Okaka olub.
O, "Yurqarden"dən Qustav Uikhaym, "Fiorentina"dan Nikolas Qonzales və "Silkeborq"dan Sebastian Yorqenseni qabaqlayıb.
Qeyd edək ki, Okaka ötən gecə RFŞ-lə (Latviya) matçda dubl edib.