Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin başlaması ərəfəsində komanda yoldaşlarının bəzilərinin zədələnməsindən sonra özünün də bu probləmlə üzləşə biləcəyindən qorxur.
Ednews "AS DIRECTV Sports"a istinadən xəbər verir ki, PSJ-nin futblçusu bununla bağlı deyib: “Qətərdəki dünya çempionatı başqa vaxtda keçirildiyi üçün əvvəlkilərdən fərqlidir. İndi biz bu turnirə o qədər yaxınıq ki, başınıza gələ biləcək hər hansı xırda şey sizi kənarda qoya bilər. Daha əvvəl də qeyd edildiyi kimi Paulo Dibala və Anxel Di Mariyanın zədələnməsi heç kəsin diqqətindən kənarda qalmadı. Şəxsi müstəvidə bu, artıq hər kəsi narahat edir və bunu gördükdən sonra hətta "qorxulu" olur.