Qadın güləşçimiz dünya çempionatının FİNALINDA - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Qadın güləşçimiz dünya çempionatının FİNALINDA

İdman A- A A+
Bu gün Azərbaycanın daha üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərindəki U-23 dünya çempionatında mübarizəyə başlayıb. Ednews xəbər verir ki, Gültəkin Şirinova (53 kq) 1/8 final mərhələsində Zeynep Yetgillə (Türkiyə), Birgül Soltanova (62 kq) təsnifatda Astirid Xirinosla (Venesuela) uduzub. Nigar Mirzəzadə (65 kq) ardıcıl olaraq Nerea Blanko (İspaniya) və Dariqa Abenə (Qazaxıstan) qalib gəlib. Nəticədə idmançımız yarımfinala yüksəlib. O, bu mərhələdə İtaliya təmsilçisi Elena Espositoya qalib gələrək finala yüksəlib. Bu gün Şəhanə Nəzərova (50 kq) isə təsəlliverici qarşılaşmada Sarra Hamdiyə (Tunis) yenilib. Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...