Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində 2-ci yeri tutub.
Ednews xəbər verir ki, bu, 37 yaşlı qrossmeysterin ikinci final görüşündən sonra dəqiqləşib. Şəhriyar növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib. Məmmədyarov 2-ci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibinə uduzub - 0:2. Nəticədə o, turniri 2-ci pillədə başa vurub.
Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən baş tutub və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub.