“Qarabağ” Avropada niyə növbəti tura keçə bilmir? Futbol mütəxəsisləri AÇIQLADI

İdman 12:50 04.11.2022

Xəbər verdiyimiz kimi, “Qarabağ” futbol klubu Almaniyanın “Frayburq” klubu ilə heç-heçə qalaraq Avropa Liqasında mübarizəsini dayandırdı. Komandamız bundan sonra Konfrans Liqasında yoluna davam edəcək.

Son illər “Qarabağ”ın qrupdakı taleyi son matçlara qalır. Komanda son turda qrupdan növbəti mərhələyə keçə bilmir. Bunun səbəbi hakim haqsızlığı, UEFA qurumu, yoxsa komandanın uğursuzluğudur? Səbəblər nələrdir?

Ednews bu barədə ictimai şəxslərin fikirlərini öyrənib.

Qol.az saytının Baş redaktoru Aydın Bağırov da oyun barədə fikirlərini izləyiciləri ilə bölüşüb. O, oyunla bağlı narazılıqlarını, etirazını “Facebook” səhifəsində yayımlayıb:

“Qarabağın bir zamanlarkı qara taleyini zaman-zaman onun adını daşıyan komanda da yaşayıb, indi yaşayır. Nə cür yaşayır? Gözümüzün önündə baş verir axı hər şey. Haqqı əlindən alınmaqla yaşayır.

Təmiz qolları sayılmamaqla… Təmiz penaltiləri verilməməklə…

Klubun, bütöv bir komandanın, futbolçuların, o futbolçuların övladlarının haqqına girilməklə yaşanır.

Bir deyil, iki deyil, üç deyil, dörd deyil…  Klub danışır, media etiraz edir, azarkeşin əsəbdən ürəyi parçalanır. Amma özümüz deyib, özümüz də eşidirik. Səsimiz həmin hakimləri bura göndərən UEFA-ya çatmır. Çatdırmırlar. Rəsmi, ya qeyri-rəsmi ciddi etiraz edilmir. Edilsə hakim səhvləri, VAR səhvləri bu həddə çatmaz, çata bilməzdi. UEFA-da “Qarabağ”a lobbiçilik etmirlər. Dəstək vermirlər. Bizim azarkeşin, klunun istəyi nədir? Nəticəyə təsir edən, təkrar edim, sırf nəticəyə təsir edən hakim səhvlərinin azalması.

A.Bağırov sözlərinə davam edərək Erməni futbolçu Henrik Mxitaryanın UEFA-da çalışan bacısından da sitat gətirdi:

“Mxitaryanın bacısı tək canıyla ölkəsi üçün gücü çatan o iş qalmayıb ki, etməsin. Azərbaycanın da əleyhinə necə lazımdırsa, elə də işləyir. Bəs bizimkilər nə edib? UEFA-da, FİFA-da normal vəzifə tutanlarımız var. Orada təsir imkanları da az deyil. O dərəcədə ki, istəyəndə özlərini - özünü hətta FİFA-da direktor kimi yüksək vəzifəyə də gətirə bilir. Bu, balaca hadisə deyil. Öz çevrələrində  olanlara münasibətdə hər cür dəstək göstərilir. Lazım olanda ağır cəzaları belə yüngülləşdirə bilirlər. Amma söhbət bu ölkənin Avropa futbolundakı yeganə siması “Qarabağ”a çatanda bu cənablar olurlar lal-dinməz”.

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”ın tamamilə fərqli və gözəl oyun sərgilədiyini dedi:

“Bu ilki “Qarabağ” başqa futbol oynayır. Səfərə gələn xarici komandaların hamısından “Qarabağ” yaxşı oyun göstərir. Komandanı təbrik edirəm. “Frayburq” oyununa görə də komandaya sağ oldan başqa heç bir söz demək olmaz. Qol sayını artıra bilmədik, o bizim köhnə xəstəliyimizdir ki, qol vuran futbolçu lazımdır. Belə baxanda Avropada da qol vuran oyunçu azdır. “Frayburq” Almaniyanın hazırda üçüncü klubudur. Qarabağ 10 nəfərlə daha üstün oynadı. Komandanın öz səhvləri olmasaydı irəli gedə biləcəkdi, amma səhvsiz də olmur”.

Söhbət zamanı sabiq baş məşqçi UEFA və hakim haqzılığına da toxunub:

“Biz öz səhvmizi UEFA-ya, hakimlərə niyə ataq? Dünən bizə verilən penalti haqlı idi. VAR məsələri də qeydə alındı. Günahı başqalarında axtarmayaq. Qol vura bilməyəndə, sən də qol buraxmalısan.

O dərəcə də inkişaf lazımdır ki, biz sakit halda, oynaya-oynaya, etap-etap keçək. Bu da gələcək. Konfrans  Liqasında biz bu tempi, ruhu saxlasaq niyə də qabağa getməyək?!”.

Əməkdar artist Bəhram Bağırzadə ilk olaraq “Qarabağ” komandasını, rəhbərliyi və xüsusən də Qurban Qubanovu təbrik edib.

“Qurban Qurbanov böyük şəxsiyyətdir. O, bizi Avropada qürurla, uğurla təmisl edib. Respublikada 5 nəfər peşəkar, milləti üçün iş görən varsa, onlardan biri də Qurban Qurbanovdur. Futbolçular əzmkar oyun göstərdilər. Dünənki teatrdan, tamaşadan böyük həzz aldım. Avroplılar gördü ki, başqa cür bizə qalib gələ bilmirlər. Ya penalti verilmir, ya da qolumuz sayılmır. Vurduğumuz halal qolu belə qeydə almırlar. Son 12 ildə “Qarabağ”da düzgün iş gedir. Vaxtı ilə KVN-də "Planet Parni iz Baku" komandası ilə dəfələrlə çempion olmuşduq. Çünki dövlət arxamızda, başımızın üstündə də komandanın rəhbəri Anar Məmmədxanov vardı. Həmin işi 22 il sonra “Qarabağ”dan görürəm. Sosial şəbəkələrdə yazan, narazı olanlar əllərindən heç bir iş gəlməyənlərdir. Həyatlarında heç nə etməyiblər. Divanda uzanıb boş-boş yazmaqdan savayı heç nə edə bilmirlər”.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın sözlərinə görə, Ağdam klubunun əldə etdiyi nəticələri uğur kimi qiymətləndirmək olar.

““Qarabağ” qrupda Fransa təmsilçisinə qalib gəlib, Almaniya klubu ilə heç-heçə edib, Yunanıstan komandası ilə oyunlarda 4 xal toplayıb. Üstəlik, UEFA Avropa Konfrans Liqasının play-off mərhələsinə də vəsiqə qazanıb. Bütün bu nəticələri qazanmış komandanın çıxışını uğursuzluq kimi dəyərləndirmək, ən azı, insafzılıq olardı. Hakim səhvləri hər zaman futbolun bir hissəsi olub və hətta VAR sisteminin tətbiqi  belə, müəyyən məqamlarda yanlış qərarların qarşısını tam olaraq ala bilmir. Təəssüf ki, “Qarabağ” da avrokubok oyunlarında bir neçə dəfə hakim səhvləri nəticəsində vacib xallardan məhrum olub. Bəzi məqamlarda həmin səhvlər o dərəcədə ciddi və oyunun müqəddəratına təsir edəcək səviyyədə olub ki, onları insan faktorundan qaynaqlanan yanlışlıq kimi yox, qərəz kimi görmüşük. Məncə, o epizodları məhz belə dəyərləndirməklə hansısa səhvə yol verməmişik.

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində itirdiyi xalların və növbəti mərhələyə adlamaq şansının son iyuna qalmasının səbəblərini ayrı-ayrı futbolçuların yol verdiyi səhvlərdə axtarmağın da əleyhinəyəm. Futbol komanda oyunudur, qələbə də, məğlubiyyət də, uğur da, uğursuzluq da komanda işinin nəticəsidir. Nəticələri müzakirə edərkən rəqiblərin gücü, təcrübəsi və sair amillər də nəzərə alınmalıdır. Hətta deyərdim ki, məsələnin ən vacib tərəflərindən biri məhz budur.

“Qarabağ”a UEFA Konfrans Liqasında uğurlar, münasib püşk, mümkün qədər irəliləyərək azarkeşləri sevindirmək imkanı arzulayıram”.

"Report" İnformasiya Agentliyinin idman şöbəsinin redaktoru Zaur Xudiyev isə bildirib ki, “Qarabağ” Avropada “vinner” ola bilmir. Yaxşı oynasa da, yekunda həmişə nəsə çatmır.

“Problem bilirsiniz nədir? Böyük komanda olmamaq. Böyüyə bilmirik heç cür. “Vinner” komandalar isə hətta pis oynayanda da qalib gəlməyi bacarırlar. Biz hətta qrupun ilk üç oyunundan sonra bir addımlığında olduğumuz nəticəni sona kimi əldə edə bilmədik. Üç dəfə belə şansımız var idi. Amma çatmadı nəsə. Mənə görə bu nəsə qalib psixologiyasına sahib olmamağmızdır. Azərbaycan çempionatından fərqli olaraq Avropada bunu göstərə bilmirik. “Qarabağ” Azərbaycanda istənilən rəqibə qarşı nə qədər çətinliyə düşsə də, oyun nə qədər gərgin keçsə də, yekunda qalib gələ bilir. Amma avropamiqyaslı yarışlarda əksinə olur. Məzmunlu oyun, aktiv çıxış, yekunda isə hədəflərə çata bilməmək. Sona saxlamadan həll etmək lazım idi. Təəssüf ki, bacarmadıq.

Digər heç bir səbəb - hakim haqsızlığı, rəqiblərin çıxışı filan bunlar ikinci dərəcəli nüanslardır”.

Oğuz Ayvaz

Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO

Xəbər xətti

Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO
10:10 18.04.2024
ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var
09:00 18.04.2024
Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Hamısı