Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda hesab açılıb.
Ednews xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində Lionel Messi penalti zərbəsi ilə Argentinanı hesabda önə çıxarıb.
Qeyd edək ki, Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyunu başlayıb. Qarşılaşma saat 14:00-da start götürüb.