Deputatlar Dünya Çempionatında hansı ölkəyə azarkeşlik edirlər? - ednews.net

2 Dekabr, Cümə

(+994 50) 229-39-11

Deputatlar Dünya Çempionatında hansı ölkəyə azarkeşlik edirlər?

İdman A- A A+

Qətərdə davam edən Dünya çempionatına maraq günü-gündən artır. Turnir haqda söz-söhbətlər, sensasiyalı oyunlar tamaşaçıları təəccüb və diqqət mərkəzində saxlayır. İndidən hansı milli komandanın kuboka yiyələnəcəyini proqnoz etmək olduqca çətindir.

Azərbaycanda da bu turnirə maraq böyükdür.

Ednews bu barədə millət vəkillərindən dünya çemiponatı ilə bağlı münasibət öyrənib. Hansı ölkə çempion olacaq? Hansı komandaya azarkeşlik edirsiniz? Cavabları təqdim edirik:

Sabir Rüstəmxanlı:

“Ciddi futbol azarkeşi deyiləm. Vaxtı ilə “Neftçi” komandasının yaxşı günlərində biz Respublika stadionuna gedərdik. Ağsaqqal yazıçılarımızdan da futbol azarkeşləri vardı:. İsmayıl Şıxlı, Hüseyn Abbaszadə və digərləri.  “Ədəbiyyat qəzeti”ndə işlədiyimiz adamlar vardı, dəstə ilə gedərdik oyunlara tamaşa etməyə. Azərbaycan və Türkiyə millilərinin, klublarının qatıldığı beynəlxalq turnirlərdə onlara azarkeşlik edirəm. Futbol idmandan əlavə bir sənətdir, tamaşadır. Sənət əsəri kimidi, maraqlıdı.

Mən həmişə zəif, balaca ölkələrin komandalarını dəstəkləmişəm. Ənənəvi idman ölkələrinin qalib olmağı maraqsız gəlir mənə. Seneqala azarkeşlik edirəm. Almaniya-Yaponiya, Argentina-Səudiyyə Ərəbistan komandalarının oyunlarda mən ikinciləri dəstəkləmişəm. Onlar da qalib oldular, buna çox sevindim. Düzdü, Yaponiya balaca ölkə deyil. Adətən yuxarıdan aşağı, zəif hesab edilən komandalara və yaxud həmin ölkələrin başqa bir idman sahəsində uğur qazanmalarına azarkeşlik etmişəm və edirəm də. İstəmirəm ki, İngiltərə, Almaniya, İtaliya, Fransa, Braziliya çempion olsun. İstəridim ki, gözlənilməz komanda qalib olsun. Bu lap Akrikadan, Şərqdən də ola bilər”.

Aqil Abbas:

“Braziliya komandasına azarkeşlik edirəm. Almaniyada oynayan, əslən türk olan İlkay Gündoğanı da dəstəkləyirəm. Düzü, dünən Almaniya Yaponiyaya gözlənilmədən məğlub oldu, amma inanıram ki, birincilər tezliklə özlərini düzəldəcəklər. Ümumən Braziliya futbolunu çox sevirəm. Kimin qalib olmasını indidən demək çətindir. Braziliyanın oyunundan sonra müəyyən proqnoz demək olar. Çox istərdim ki, dünya kubokunun qalibi Braziliya olsun”.

Zahid Oruc:

“Futbol oyunlarını müntəzəm izləmirəm, amma Sovet dövründə, hələ məktəbli yaşımızda futbola baxırdıq. Kənd həyatında futbolu təntənəli, ayrılmaz, hətta əfsanəvi proses kimi gözləyərdik, izləyərdik və yaşayardıq. Ondan sonrakı dövr fərqli həyat qayğıları meydana gəldi. Bu əsnada xüsusilə də siyasi işlər futbol oyunlarını həmişə hədəfdə saxlamağa imkan vermir.

Hazırda davam edən dünya çemiponatı ounlarında baş verən sensasiyalara sevinmək lazımdır. Futbolu siyasiləşdirmək istəmirəm. Dövlətlərin həyatında da bu cür hadisələr baş verir. İdman öz-özülüyündə, müəyyən mənada siyasi həyatı da təsirləndirir. Turnirdə heç vaxt qalib gəlməmiş, heç vaxt çempion olmamış ölkənin uğur qazanmasını çox arzulayıram. Çempionatın özü futbol aləminə fərqli üslub, oyun taktikası, texnikası, atletik hazırlıq və.s kimi çox yeniliklər gətirəcək. Qarşıdakı oyunlarda kimin çempion olması ilə bağlı müəyyən proqnoz vermək olar. Təəssüf ki, sonda güclülüər qalib gəlir. Mənə Afrika qitəsinin komandaları maraqlı gəlir. Qana, Kamerun fərqli, rəngli oyunları ilə seçiləcəklər. Onlar mənim diqqətimi çəkir və çox istərdim ki, zəyif ölkənin komandalarında biri kuboku qazansın. Bunu çox istəyirəm”.

Oğuz Ayvaz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...