Bu gün qrup mərhələsində sonuncu tura start veriləcək - DÇ-2022 - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Bu gün qrup mərhələsində sonuncu tura start veriləcək - DÇ-2022

İdman A- A A+
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü tura start veriləcək.
 
Ednews-un məlumatına görə, ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq.
 
A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşacaq. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edəcək. Ev sahiblərinin isə artıq qrupda qalması rəsmiləşib.
 
B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə qarşılaşacaq. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı davam edir.
 
DÇ-2022
 
Qrup mərhələsi, III tur
 
29 noyabr
 
A qrupu
 
19:00. Ekvador - Seneqal
 
Baş hakim: Kleman Türpen (Fransa)
 
"Xəlifə" stadionu
 
19:00. Niderland - Qətər
 
Baş hakim: Bakari Qassama (Qambiya)
 
"Əl Beyt" stadionu
 
23:00. İran - ABŞ
 
Baş hakim: Migel Mateu Laos (İspaniya)
 
"Al Tumama" stadionu
 
23:00. Uels - İngiltərə
 
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
 
"Əhməd ibn Əli" stadionu
 
Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...