Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq

İdman A- A A+
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura yekun vurulacaq.
 
Ednews xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Paytaxt təmsilçisi 35 xalla ikinci, Tovuz klubu 16 xalla 6-cı sırada qərarlaşıb.
 
İlk dövrədəki qarşılaşmada "Sabah" 3:1 hesablı qələbə qazanıb.
 
Tura "Sumqayıt" - "Qəbələ" görüşü ilə vurulacaq. Meydan sahibləri 5 xalla sonuncu - 10-cu, "qırmızı-qaralar" 20 xalla beşinci yerdədir. Tərəflər indiyədək ölkə çempionatlarında 40 dəfə üz-üzə gəliblər. Bunların 23-də qonaqlar, 5-də "gənclik şəhəri" təmsilçisi meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Qəbələ"nin aşkar üstünlüyü var - 64:29.
 
Azərbaycan Premyer Liqası, XV tur
 
29 noyabr
 
14:00. “Turan Tovuz” – “Sabah”
 
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
 
Hakim-inspektor: Orxan Məmmədov
 
Tovuz şəhər stadionu
 
16:30. “Sumqayıt” – “Qəbələ”
 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
 
Hakim-inspektor: Asim Xudiyev
 
“Kapital Bank Arena”
 
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...