SEPAH iranlı futbolçuları hədələdi - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

SEPAH iranlı futbolçuları hədələdi

İdman A- A A+
İranlı futbolçuların ailələri Qətərdə keçirilən dünya çempionatında ABŞ ilə prinsipial oyun öncəsi Tehran hökuməti tərəfindən təzyiqlərlə üzləşiblər.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı CNN telekanalı yayıb.
 
Mənbə iddia edir ki, futbolçuların qohumları ilə görüşən güc strukturlarının əməkdaşları xəbərdarlıq ediblər ki, əgər oyunçular özlərini layiqli tərzdə aparmasalar, onlar həbs və işgəncə ilə üzləşəcəklər.
 
Bundan əlavə, iddia olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları Qətərə yollanaraq futbolçuları izləyirlər, iranlı futbolçulara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.
 
SEPAH əməkdaşları hətta İran millisinin baş məşqçisi Karlus Keyruşla görüşüb, portuqaliyalı mütəxəssisə oyunçularla bağlı müəyyən iradları çatdırıblar.
 
Qeyd edək ki, İran-ABŞ oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...