“Böyük Qayıdış” futbol çempionatı davam edir - BAMF-ın dəstəyi ilə - FOTOLAR - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

“Böyük Qayıdış” futbol çempionatı davam edir - BAMF-ın dəstəyi ilə - FOTOLAR

İdman A- A A+

Elm və Təhsil Nazirliyinin qalibi olan Füzuli rayon Qaydış qəsəbə 6 №-li tam orta məktəb müəllimi Mirdamət Quliyevin layihəsi olan “Böyük Qayıdış” futbol çempionatı layihəsi uğurla davam edir.

Ednews xəbər verir ki, Füzuli rayonunun 1, 2, 37 və 59 №-li, Yuxarı Kürdmahmudlu, Kürdmahmudlu və Böyük Bəhmənli kənd tam orta məktəblərinin komandalarının iştirakı ilə keçirilən yarışlara Beynəlxalq Avrasiya Mətbuat Fondu da öz dəstəyini göstərir. BAMF regionda həyata keçirilən əksər sosial layihələrə mütəmadi olaraq maddi və mənəvi dəstəyini göstərmiş və mediada yayımlanmasında birbaşa rol oynayır.

“Böyük Qayıdış” futbol çempionatında artıq 1/2 finalçılar müəyyənləşib.

1/4 finalda “Qayıdış 6”, “HORADİZ 1N” , “Qayıdış 7N”, “Böyük Bəhmənli kənd 1N orta”, “UGİŞM”, “Cocuq Mərcanlı kənd”, “Zobucuq 27N”, “Zobucuq 39N”, məktəblərinin komandaları mübarizəyə qoşulub.

1/2 finala “UGİŞM”, “Böyük Bəhmənli”, “Qayıdış 6N”, “Zobucuq 27 N” məktəbinin komandaları vəsiqə qazanıblar.

Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində keçirilən layihə matçların gərginliyi ilə rayon şagirdləri arasında geniş marağa səbəb olub.

 

1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...