Dünya Çempionatında oyunlar satılır? Bu qədər sensasiyanın sirri nədir? – SORĞU

İdman 16:33 02.12.2022

Qətərdə davam edən Dünya Çemionatı müzakirələrə açıq, sensasiya dolu oyunlarla keçir. Almaniya,  Belçika kimi favorit ölkələrin millilərinin qrupdan çıxa bilməməsi suallar doğurub. Bu turnirin axrasında totalizator ola bilərmi?

Ednews bu barədə tanınmış şəxslərin fikirlərini öyrənib. Cavabları təqdim edirik:

Mətbuat Şurasının sədri Rəşad Məcid:

“Dünya çempionatında belə hallar baş verir. Turnirdə sözünü demiş milli komandalar özlərinə arxayın olurlar. Zəif komandalarla rahat və arxayın oynayırlar. Amma bir çox zəif komandalarda da əzm, hikkə, qalib gəlmək ehtirası olur. Bu çempionatda da gördük ki, məsələn, Səudiyyə Ərəbistanın Argentina üzərində qələbəsini demək olar. Bu da təbii ki, əzmlə, mübarizə ilə əldə edilmiş qələbə idi. Məncə, heç bir halda bu turnirdə totolizatorun rolu ola bilməz. Məğlub olanlar iddiasıdı. Futbolda sensasiya totalizatorlar çıxmayanda da olurdu. Sensasiya olmasa, hamı qələbə qazanar ki!”

Əməkdar jurnalist Aydın Bağırov:

“Futbolda sensasiyalar, qeyri-adi nəticələr hər zaman olur. Azarkeş də bu məsələdə bəzən xırdalığa gedir, hansısa "gözəgörünməz qüvvə" axtarır, yaxud gətirib hər şeyi bukmeykerlərə bağlayır. Mən futbol və idmana totalizator təsirini inkar etmirəm. Amma müasir dövrdə belə şeylər böyük yarışlarda yox, adətən, gözdən uzaqda olan turnirlərdə (məsələn, ikinci-üçüncü liqalarda) baş verə bilər. 

Dünya çempionatına gəlincə, burada fərqli qitələrdən 32 komanda oynayır. Əgər məsələn, Almaniya gözlənildiyinin əksinə olaraq qrupdan çıxa bilmirsə, bunun səbəbini totalizatorda yox, bu ölkənin milli komandasında 2014-cü il dünya çempionu olduqdan sonra baş verən enişdə axtarmaq lazımdır. Onlar nə "Avro-2016"da, nə “DÇ-2018”-də, nə də “DÇ-2022”-də uğur qazana bilib. Qətərdə almanlar uğursuzluqla üzləşibsə, bunun səbəbkarı daha yaxşı formada olan və onları məğlubiyyətə uğradan Yaponiya və ya bukmeyker şirkəti deyil. Özü də hansı totalizatordan söhbət gedə bilər ki, Almaniya millisinin oyunçuları öz klublarında hər ay milyonlar qazanırlar?

Dünya çempionatında 64 oyun olur. Təbii ki, 64 oyunun hamısı azarkeşin istədiyi kimi bitə bilməz. Dünya çempionatının gözəlliyi də elə budur: fərqlilik, sensasiyalı nəticələr”.

İdman telejurnalisti Ceyhun Rzayev:

“ Sensasiyaları totalizator şəbəkəsi ilə əlaqələndirmək istəmirəm. Bunu düşünmək belə insana ağır gəlir. Futbol gözəldir,  təmizdir. Futbolu çirkaba bulaşdırmaq olmaz. Niyə sensasiyalar çox oldu? Artıq hamı müasir futbolun tendensiyaları ilə uyğunlaşır. Məsələn, 20 il əvvəl Yaponiya yığmasının tək-tük üzvü Avropanın aparıcı çempionatlarında oynayırdısa, bu gün demək olar əksəriyyəti. Və ya Mərakeş millisi. Bir neçə futbolçusu top-klublarda çıxış edir, qalanları da Fransa çempionatında. Bir sözlə, artıq zəif adlandırdığımız yığmalar da güclənib və getdikcə yığmalar arasında səviyyə fərqi nəzərəçarpan dərəcədə azalmaqdadır”.

İdman blogeri Elmar Rza:

“Dünya çempionatı səviyyəsində oyun alqı-satqısı ağlasığmazdır. Burada mübarizə aparan futbolçuların bir çoxu il ərzində milyonlarla dollar qazanır. Onların istənilən bukmeker kontoru ilə sövdələşməsi şəxsi karyerasının və nüfuzunun kökünə birdəfəlik balta vura bilər. Həmçinin dünya çempionatında uğur qazanmaq demək olar ki, bütün futbolçuların ən ümdə arzusudur. Yüksək ambisiya və eqo sahibi olan futbolçular üçün yığmada nəinki titul əldə etmək, eləcə də  həmin milli formanı geyinmək bir növ şərəf məsələsidir.

Düşünürəm ki, mundialda ortabab komandaların nailiyyət əldə etməsi ortaya xarakter qoymaqla bağlıdır. Milli forma daha çox mübarizə aparmağa, qaçmağa, qələbə üçün əlindən gələni əsirgəməməyə sövq edir. Belə olanda uğur qazanmaq mümkünləşir”.

Oğuz Ayvaz

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Hamısı