Bu gün 1/8 final mərhələsinə start veriləcək - DÇ-2022 - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Bu gün 1/8 final mərhələsinə start veriləcək - DÇ-2022

İdman A- A A+
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək. 
 
Ednews xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. 
 
Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gələcək. "Xəlifə" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.
 
Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında baş tutacaq. "Əhməd ibn-Əli" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq. 
 
DÇ-2022, 1/8 final 
 
3 dekabr 
 
19:00. Niderland - ABŞ 
 
Baş hakim: Vilton Sampayo (Braziliya) 
 
“Xəlifə” stadionu 
 
23:00. Argentina - Avstraliya 
 
Baş hakim: Şimon Marçinyak (Polşa) 
 
“Əhməd ibn-Əli” stadionu


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...