"Yuventus" hələ də sabiq futbolçusu Kriştiano Ronaldoya Turin təmsilçisi çıxış etdiyi müddətdə (2018-2021) haqqı olan maaşın bir hissəsini ödəməyib.
Ednews xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
Bildirilib ki, 2018-ci ilin yayında "Yuventus" Ronaldonu "Real"dan alıb və onunla bir mövsüm üçün 31 milyon avro maaşla müqavilə imzalayıb. Pandemiya zamanı Kriştiano maaşı azaldılan oyunçulardan biri olub.
Məlumata görə, "Yuventus"la bağlı aparılan araşdırmada faktiki olaraq heç bir azalma olmadığına və futbolçuların maaşlarını tam şəkildə almağa davam etdiyinə dair sübutlar tapılıb.
Bundan əlavə, "Yuventus"un 37 yaşlı hücumçuya 19,9 milyon avro borcu qalıb.
Qeyd edək ki, noyabrda "Mançester Yunayted"dən ayrılan Ronaldo hazırda azad agentdir.